"Ürəyimin səsini dinləyirəm"

28 Yanvar 2022 10:35 (UTC+04:00)

Məşhur türk popçu Handə Ünsal və musiqiçi Alpər Atakan "Ah Söyle Bana" mahnısını təqdim ediblər.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Alpər Atakanın "Aranjer" albomunda yer alan mahnı haqqında danışan Ünsal bu barədə fikirlərini qeyd edib.

"Bu parça əslində ürəyi ilə məntiqi arasında qalan hər kəsdən bəhs edir. Mən bu məsələdə açıq danışıram, həyatımın hər sahəsində həmişə ürəyimin səsini dinləyirəm”- deyə, qeyd edib.

Ayşən Vəli