Mədəniyyət nümayəndələrimiz İsgəndəriyyə Kitabxanasında olub

28 Yanvar 2022 04:15 (UTC+04:00)

Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri məşhur İsgəndəriyyə Kitabxanasında olublar.

SİA xəbər verir ki, nümayəndə heyəti kitabxananın foyesində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün önünə gül dəstələri qoyublar. Mədəniyyət Nazirliyinin nümayəndələrinə İsgəndəriyyə Kitabxanası haqqında ətraflı məlumat verilib. Onlar, həmçinin buradakı zallar və qədim abidələr, əlyazmalarla tanış olublar.