"Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

28 Yanvar 2022 03:32 (UTC+04:00)

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"ə qarşı Fransada keçirilməli olan ilk matçı neytral ölkədə oynanıla bilər.

SİA xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Bildirilib ki, UEFA ilə Fransa rəsmiləsi bununla bağlı danışıqlar aparır və oyunçular üçün güzəşt edilməsinə çalışır. Razılıq əldə olunmasa, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə keçirilə bilər.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.