Alimlər 20 dəqiqə ara ilə yanıb-sönən yeni şüa növü kəşf etdi

28 Yanvar 2022 00:21 (UTC+04:00)

Avstraliya alimləri səmada 20 dəqiqə ara ilə yanıb-sönən yeni bir şüa növü kəşf edib.

SİA xəbər verir ki, “The Guardian”ın yazdığına görə, Kurtin (Curtin) Universiteti elmi qrupu kainatdakı radio dalğalarına dair araşdırma aparıb: Alim Tayron O Doherti (Tyrone O'Doherty) tərəfindən 20 dəqiqədə bir gəlib gedən yeni bir şüa növü təsbit olunub.

Araşdırmaya nəzarət edən astrofizik Nataşa Herli-Uoker (Natasha Hurley-Walker) milisaniyələr və saniyələr içində yanıb-sönən işığın Pulsar (neytron) ulduzu, bir neçə gün içərisində yanıb sönən işığın Süpernova qaynaqlı, ancaq yeni təsbit edilən işıq növünün isə 20 dəqiqədə bir yanıb-sönən yeni işıq növü olduğunu təsdiq edib. O, bu işığın qaynağının bilinmədiyinə diqqət çəkərək onun təxminən 4 min işıq ili qədər bir məsafədən gəldiyini söyləyib.

O'Doherty yeni şüa növünün var olduğu təxmin edilən, ancaq əsla müşahidə edilməyən bir neytron ulduzu "magnetar" ola biləcəyini təxmin etdiyini deyib. Alim səmaı araşdırmaq üçün ölkənin qərbindəki “Murchison Widefield Array” (MWA) teleskoplarından istifadə etdiyini də bildirib.

Elmi araşdırma haqqında məqalə “Nature” jurnalında dərc olunub.