Məşhur cütlük tətilə çıxıb - FOTO

27 Yanvar 2022 16:58 (UTC+04:00)

“Aşk 101” serialındakı "Işıq" obrazı ilə məşhurlaşan türkiyəli aktrisa İpək Filiz Yazıcı uzun müddətdir ki, türkiyəli müğənni Ufuk Beydemirlə münasibətdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, birlikdə xoşbəxt olan cütlük bir müddət əvvəl Türkiyənin Sapanca bölgəsində istirahət ediblər.

Məşhur cütlük sevgi dolu kadrlarını "instaqram" hesablarında paylaşıblar. Birlikdə obyektiv qarşısına keçən sevgililərin fotoları sosial şəbəkənin gündəminə bomba kimi düşüb. Cütlüyün paylaşımları izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Arzu Qurbanzadə