Messi koronavirusu ağır keçirdir - MƏŞQÇİ AÇIQLADI

27 Yanvar 2022 16:02 (UTC+04:00)

Fransa Birinci Futbol Liqası komandalarından olan Paris Saint-Germaində çıxış edən argentinalı ulduz Lionel Messi yeni növ koronavirusun təsirindən hələ də sağalmadığı üçün bir müddət meydanlardan uzaq qalacaq. SİA xəbər verir ki, Messi koronavirusa təxminən bir ay əvvəl yoluxmuşdu.

Argentina Milli Komandasının baş məşqçisi Lionel Skaloni Messini sabah Çili və fevralın 2-də Kolumbiya ilə oynayacaqları FİFA Dünya Çempionatı 2022-də Cənubi Amerika seçmə mərhələsinin heyətinə götürməmələrinin səbəbini açıqlayıb.

Mətbuat konfransı keçirən Skaloni, Messi ilə telefonla danışdığını bildirib: "Messinin burada bizimlə olmasını çox istərdim. Amma o, mənə Covid-19 xəstəliyinin prosesinin çox çətin olduğunu söylədi. Sağalması daha çox uzun çəkir. Hər şeydən önəmli sağlıqdır, ona görə də sizin ən yaxşı seçiminiz milli komandadır. Oyunlar zamanı klubda qalaraq istirahət etməyin yaxşı olacağına qərar verdim".

Xatırladaq ki, yanvarın 2-də covid-19-a tutulduğu açıqlanan Messi, yanvarın 23-də PSJ-nin Stade Reyms-i 4-0 məğlub etməsindən sonra matça girərək bu müddət ərzində meydanda cəmi 27 dəqiqə qala bildi.