Rusiyada devalivasiya baş verir? - İQTİSADÇI AÇIQLADI

27 Yanvar 2022 14:50 (UTC+04:00)

"Bildiyimiz kimi Rusiyada da dövlət büdcəsi əldə olunmuş neft gəlirlərindən formalaşır. Rusiya hökuməti 2022-ci ilin dövlət büdcəsini neftin 44,2 dollar qiymətində barelini formalaşdırmağı proqnoz veriblər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, əgər neftin real qiyməti bu göstəricilərdən yüksək olarsa, nəzərdə tutulmuş artıq mənfəət ehtiyat fondlarında toplanılır: "Bununla milli valyutanın qiymətinin tənzimlənməsi xarici valyutaya qarşı nisbətdə mövqeyin saxlanılmasında mexanizm formalaşdırılır. Bildiyimiz kimi dekabr ayında büdcə layihəsi hazırlanarkən Rusiya hökuməti yanvar ayında rubla əlavə təzyiq göstərmək üçün müəyyən xarici valyuta alışları edirdi.

Yanvar ayında təqribən 6 yüz milyard rubl xərcləmək proqnozu verilmişdi. Amma bu birdən-birə rubla əlavə təzyiq göstərməmək üçün bu alışları dayandırdı. Yəni məzənnədə rublun özünü möhkəmlənməsini tənzimləmək üçün həyata keçirildi. Ancaq sürətli şəkildə Rusiyanın fond bazarında səhmlərin kütləvi şəkildə enişi baş verdi. Bunun təbii ki, bir çox səbəbləri var idi. Rusiya-Ukraniya münasibətlərinin gərginləşməsi hazırda rublun qiymətinin nisbətən zəifləməsinin səbəbi olduğunu düşünürəm. Bir çox investorların, bazar iştirakçılarının narahatçılıqlarını başa düşmək lazımdır. Çünki Rusiya sərhədlərində yaranmış gərginlik baxımından bir çox investorların həmin bazarlarda iştirakında müəyyən çətinliklər yaranıb. Düşünürəm ki, bu dinamika ilə getsə, Rusiyada devalivasiya ola bilər".

Arzu Qurbanzadə