Sakit okeanda ada ölkəsi olan Tonqada vulkan fəlakətindən sonra güclü zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6,2 bal gücündə zəlzələnin 4,2 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. Zəlzələnin episentrinin Panqaidən 225 kilometr şimal-qərbdə olduğunu bildirib.
Qeyd edək ki, yanvar ayının 15-də Tonqanın paytaxtı Nukualofanın 65 kilometr şimalında yerləşən vulkan kül, buxar və qaz səpməyə başlayıb. Partlayışdan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiya üçün "sunami" xəbərdarlığı edilib və sunami demək olar ki, Tonqa adalarının hamısını vurub.