Daha bir polkovnik həbs edildi - Ermənistanda

27 Yanvar 2022 12:57 (UTC+04:00)

Qarabağda baş vermiş 44 günlük müharibədə Azərbaycana qarşı döyüşmüş yüksək rütbəli zabitə ittiham irəli sürülüb. SİA erməni mediasına istinadən xəbər verir ki, müharibə vaxtı Qarabağda, Ermənistanın işğalçı silahlı formalaşmalarının tərkibində komandan vəzifəsini daşıyan yüksək rütbəli zabitə qarşı Ermənistan cinayət məcəlləsinin “xidmətə etinasız münasibət” ittihamı irəli sürülüb.

İstintaq müəyyən edib ki, erməni polkovniki Qarabağda baş vermiş döyüşlər zamanı, hərbi vəziyyət şəraitində 2020-ci ilin 10-13 oktyabr tarixində alay komandiri vəzifəsini icra etməkdən boyun qaçırıb. Nəticədə, onun bu imtinası alayın fəaliyyətinin dayandırılmasına səbəb olub.

İstintaq erməni KİV-lərinə həbs edilən polkovnikin ad və soyadını açıqlamayıb.

Rövşən RƏSULOV