Bu heyvan növü daha müzeydə saxlanacaq

27 Yanvar 2022 12:38 (UTC+04:00)

1938-ci ildə Avstraliyadan ABŞ-a gətirilən və dünyanın ən qədim akvarium balığı olduğu deyilən Metuselahın nəslinin kəsilmək təhlükəsi yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, elə bu səbəbdən balığın bundan sonra San Fransisko Muzeyində qorunacağı bildirilib. Kaliforniya Elmlər Akademiyasının baş bioloqu Allan Jan, muzey akvariumunda diqqətlə baxılan balığın təxminən 90 yaşında, 120 santimetr uzunluğunda və 18 kiloqram ağırlığında olan Avstraliya ağciyər balığı olduğu məlumatını paylaşıb.