Hollivud aktrisası podiuma at belində çıxdı

27 Yanvar 2022 12:29 (UTC+04:00)

Tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin nəvəsi Şarlotta Kasiraqi Paris Moda Həftəsində podiuma at belində çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şarlotta Kasiraqinin bu addımı sərgi iştirakçıları və mətbuat nümayəndələri tərəfindən böyük marağa səbəb olub. Daha sonra tanınmış fransız müğənni Sebastian Tele moda sərgisində canlı ifa ilə çıxış edib.

Qeyd edək ki, Paris Moda Həftəsində bu dəfə 45 dizayn nümayiş etdirilib.