Rusiya ilə Ukrayna arasındakı silahlı qarşıdurmanın qarşısını almaq üçün həyata keçirilən incə diplomatiya balansında mühüm addım atıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları Rusiyanın istəyi istiqamətində təhlükəsizlik tələblərinə yazılı cavab verib.
Sənədi ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Moskvadakı səfiri Con Sallivana şəxsən verib. Yazılı cavabda ABŞ və müttəfiqlərinin narahatlığı ifadə olunub.
Bu barədə ABŞ dövlət katibi mətbuat mənsublarına açıqlama verib: "İşləri yerinə qoymaq və mümkün qədər dəqiq olmaq lazımdır. Ruslar bizim mövqeyimizi, ideyalarımızı mümkün qədər aydın başa düşürlər. İndi bu sənəd onlardadır və top onların meydançasındadır".
Vaşinqton Rusiyanın şərqi Avropadan NATO qoşunlarını və silahlarını çıxarmasının və Ukraynanın NATO-ya üzvlük yolunu kəsməsinin qəbuledilməz olduğunu açıqlayıb
Rusiya prezidenti Vladimir Putin krizin növbəti gündəm mərhələsini müəyyən edəcək.