Xalq artisti doğum gününü belə keçirdi

27 Yanvar 2022 08:50 (UTC+04:00)

Yanvarın 26-da Xalq artisti, "pop-diva" Aygün Kazımovanın 51 yaşı tamam olub. SİA xəbər verir ki, Xalq artisti doğum günündə sənət dostları ilə bir araya gəlib. “Diva party” adlanan gecədə Xalq artisti iki libas dəyişib. O, öz mahnılarından ibarət mini konsert edib.

Qeyd edək ki, Aygün Kazımovanın doğum gününə karantin rejimi səbəbindən az sayda sənət dostu qatılıb.