Qurbağanın itirilmiş ayağını regenerasiyasını stimullaşdıran preparat...

27 Yanvar 2022 08:23 (UTC+04:00)

Amerikalı həkimlər qurbağa bədənində itirilmiş əzanın regenerasiyasını stimullaşdıran beş siqnal molekulundan ibarət yığım və onların bədənə daxil edilməsi üçün xüsusi sistem yaradıblar.

SİA bu barədə, TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Taftsa universiteti yayıb.

Qeyd olunur ki, regenerasiya, preparatın amfibiya orqanizminə qısa müddət ərzində məruz qalmasından sonra baş verib. Bu, qurbağaların və digər onurğalıların da oxşar şəkildə oyandırıla bilən gizli bərpaedici qabiliyyətlərə malik olduğunu göstərir.

Bioloqlar onilliklər ərzində salamandrlarda, planar qurdlarda və bir neçə başqa heyvanda orqan və əzaların bərpasını müşahidə edərək, oxşar prosesin insan orqanizmində necə baş verə biləcəyini başa düşməyə ümid edirdilər. Bu, itirilmiş əzaları, gözləri və transplantasiyası praktikada qeyri-mümkün və ya son dərəcə çətin olan digər orqanları bərpa etməyə imkan verərdi.

Bioloqlar bu məsələnin həlli istiqamətində böyük addım atmış olublar.