Əfqanıstan iqtisadiyyatı çökmək ərəfəsindədir, gündəlik həyat əfqanlar üçün cəhənnəmə çevirilib.

SİA xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən baş katib Antoniu Quttereş bildirib. O, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə vəziyyətin daha da acınacaqlı olduğunu və əfqan xalqının daha çox dəstəyə ehtiyac yarandığını deyib.

Quttereşin sözlərinə görə, BMT Əfqanıstana dəstək üçün başlatdığı yardım kampaniyasını 4,4 milyard ABŞ dollarından 8 milyarda yüksəldib.