Bakıda naməlum şəxs qadının barmağını kəsib

27 Yanvar 2022 05:46 (UTC+04:00)

Bakının Xəzər rayonunda qadına işgəncə verilib.

SİA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Paşayeva Sünbül Vahid qızı naməlum şəxsin hücumuna məruz qalıb. Onun barmağı iti alətlə kəsilərək qoparılıb.

Faktı hüquq mühafizə orqanın əməkdaşları araşdırır.