Çexiya Pekin Olimpiadasını boykot edəcəklərini bildirib

27 Yanvar 2022 05:17 (UTC+04:00)

Çexiyanın hökumət koalisiyasına daxil olan partiyaları təmsil edən siyasətçilər Pekində keçiriləcək Olimpiya Oyunlarını boykot edəcəklər.

SİA xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lenka Do bildirib.

"Hökumət koalisiyasının partiyalarını təmsil edən siyasətçilərdən heç biri Çində keçiriləcək Olimpiya Oyunlarına qatılmayacaq", - deyə o bildirib.

Bununla belə, Çexiya prezidenti Miloş Zeman Olimpiya oyunlarının boykot edilməsinə və olimpiya ideyasından siyasi məqsədlər üçün sui-istifadəyə qarşı çıxış edib. Müvafiq bəyanat dövlət başçısının Çinə səfər edən Çexiya komandasının üzvlərinə videomüraciətində yer alıb.