Cənubi Afrikada potensial təhlükəli yeni koronavirus aşkar edilib

27 Yanvar 2022 02:29 (UTC+04:00)

Çinli alimlər daha əvvəll Cənubi Afrika Respublikasında aşkar edilmiş NeoCoV koronavirusunun insan üçün riski barədə xəbərdarlıq ediblər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, alimlər bu qrup virusların yayılması halları, xüsusən də insanlarda yaranma potensialını nəzərə alaraq diqqətlə izlənilməli olduğunu bildiriblər.

Mütəxəssislər müəyyən ediblər ki, virusun insan orqanizminə daxil olması üçün müəyyən mutasiyaya ehtiyac duyur, hələlik ona yalnız yarasalar yoluxur.