ABŞ prezidenti Qәtәr Әmiri ilә görüşәcәk

27 Yanvar 2022 01:48 (UTC+04:00)

Yanvarın 31-dә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden vә Qәtәr Әmiri Şeyx Tәmim ibn Hamәd Әl Saninin görüşü olacaq.

SİA xəbər verir ki, bu barәdә Ağ Evin mәtbuat katibi Cen Psaki mәlumat verib.

Ağ Evdә baş tutacaq görüşdә tәrәflәr ikitәrәfli vә regional mövzuları müzakirә edәcәklәr.

Cen Psaki tәrәflәrin Körfәz vә Yaxın Şәrqin tәhlükәsizliyi vә rifah sәviyyәsinin yüksәldilmәsi, qlobal enerji qaynaqlarının sabitliyinin tәmin edilmәsi, Әfqanıstan xalqının dәstәklәnmәsi ilә ABŞ vә Qәtәr arasında ticarәt vә investisiya sahәlәrindә әmәkdaşlığın güclәndirilmәsi kimi mövzuları müzakirә edәcәklәrini bildirb.

‘‘Bayden ABŞ vәtәndaşlarının vә әfqanıstanlı tәrәfdaşlarımızın tәhlükәsiz şәkildә ölkәdәn çıxarılması ilә әlaqәdar göstәrdiyi sәylәrә görә Әl Saniyә tәşәkkür edәcәk’’,-deyә Ağ Evin mәtbuat katibi vurğulayıb.