Yevlaxdakı yol qəzasında iki nəfər yaralanıb

27 Yanvar 2022 01:25 (UTC+04:00)

Yevlaxda qeydə alınan yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə Yevlax şəhərinin Heydər Əliyev prospektində baş verib. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,"VAZ-2107" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "VAZ 2107"də olan Goranboy sakinləri - 2003-cü il təvəllüdlü Rəhimova Türkan Əsgərxan qızı və 1974-cü il təvəllüdlü qaynanası Rəhimova Gülnar Məcid qızı müxtəlif bədən xəsarətləri alıblar . Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.