Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir.
SİA xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 10-cu turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.