Türk professordan bütün variantlara qarşı effektiv müalicə metodu

26 Yanvar 2022 23:46 (UTC+04:00)

ABŞ-da türk professor yeni növ koronavirusun (Covid-19) bütün variantlarına qarşı effektiv müalicə üsulu hazırlayıb.

SİA xəbər verir ki, Konnektikut ştatındakı Cekson Laboratoriya İnstitutunda baş elmi işçi kimi çalışan Prof. Dr. Dərya Unutmaz sintetik biologiya texnologiyasından istifadə edərək yeni müalicə üsulu ilə bağlı araşdırmalarda əhəmiyyətli irəliləyiş əldə etdiklərini söyləyib.

30 ildir immunologiya üzrə mütəxəssis işləyən Dərya Unutmaz qeyd edib ki, yeni növ koronavirusun variantları orqanizmdə inkişaf etdirilən antitellərdən qaça bilir, beləliklə, hətta peyvəndlərini tamamlamış insanlar da virusa yoluxurlar. Hazırda dünyada təsirli olan "omicron" variantı bunun ən son nümunəsidir.

İnkişaf etdirdikləri müalicə metodunda sintetik biologiya texnologiyasından istifadə etdiklərini vurğulayın həkim Unutmaz bunları söyləyib:

"Virusun səthində sünbül zülalı dediyimiz çıxıntılar var. Bunlar virusun açarlarıdır. Bunlardan istifadə edərək virus hüceyrənin səthindəki kilidə yapışır və onu açır və içəri daxil olur. Bundan sonra o, öz zülallarını istehsal edir, surətlərini çıxarır və digər hüceyrələrə yayır. Bizim inkişaf etdirdiyimiz üsul əslində virusu tutmaqdır. Biz kilidi götürüb sintetik biologiyaya malik bir molekula çevirdik. Virus bunu görəndə sanki hücrənin qıfılına yapışır zənn edir və ona ilişdiyi üçün bir yerdə zərərsizləşdirilir, yəni bloklanır və hüceyrənin içinə daxil ola bilmir”.

"Covid-19" epidemiyasının heç bir variantının bu üsuldan qaça bilmədiyini qeyd edən Dərya Unutmaz virusun özü inkişaf etdikcə bu sintetik kilidə daha da yaxşı bağlandığını, buna görə də bu fəaliyyətin gələcəkdə yarana biləcək variantlara qarşı təsirli bir üsul olacağını vurğulayıb.

Sintetik molekulların yoluxmuş hüceyrələri göstərərək onları məhv etməyə kömək etdiyini ifadə edən Professor Unutmaz “Bu yolla virusun çoxalmasının, yəni digər hüceyrələrə yayılmasının qarşısını alırıq” deyib.