Rusiya Qara dәnizdә də hәrbi tәlim keçirir

26 Yanvar 2022 23:21 (UTC+04:00)

Rusiyaya mәxsus döyüş gәmilәri Qara dәnizdә tәlim keçirir.

SİA xəbər verir ki, bu barәdә Rusiya Müdafiә Nazirliyinin mәlumatında bildirilib. Mәlumata görә, tәlimdә 20 döyüş gәmisi iştirak edәcәk.

Qeyd edәk ki, yanvarın 24-dә Rusiyaya mәxsus 20 düyüş gәmisinin tәlim keçirmәk mәqsәdilә Baltik dәnizinә daxil olduğu açıqlanmışdı.

Rusiya Müdafiә Nazirliyindәn yanvarın 20-dә verilәn bәyanatda isә Rusiya donanmasının yanvar vә fevral aylarında mәsul olduğu bütün bölgәlәrdә hәrbi tәlim keçirәcәyi bildirilmişdi.