Şols və Bayden fevralın 7-də Vaşinqtonda görüşəcəklər ANONS

26 Yanvar 2022 19:51 (UTC+04:00)

Almaniya kansleri Olaf Şols fevralın 7-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək. SİA xəbər verir ki, bu barədə “Bild” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, siyasətçilər Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Həmçinin nəşrin məlumatında qeyd olunur ki, görüş Ağ Evdə keçiriləcək. “Bild” yazır ki, tərəflər Rusiyanın Ukraynaya ehtimal edilən təcavüzünə reaksiyanı müzakirə edəcəklər.

Qeyd edək ki, Almaniya hökumətinin sözçüsü səfərin təfərrüatlarını şərh etməkdən imtina edib.