Qar bəbiri Covid-19 səbəbi ilə öldü

26 Yanvar 2022 19:14 (UTC+04:00)

Polşanın Varşava zooparkının qar bəbiri Ayana Covid-19-dan sonra yaranan fəsadlar nəticəsində dünyasını dəyişib. SİA xarici mətbuata istinadən bildirir ki, zoopark rəsmiləri noyabrın sonunda tənəffüs yolu infeksiyası əlamətləri göstərən 7 yaşlı qar bəbirində Covid-19 testinin mənfi olduğunu bildiriblər.

Covid-19 simptomlarını göstərməyə davam edən bəbiri bir dəfə sınaqdan keçirdiklərini söyləyən səlahiyyətlilər, müsbət test nəticəsi ilə qar bəbirinin Covid-19-da tutulduğunu açıqlayıb. Tənəffüs problemi ağırlaşdıqdan sonra müalicəsi müxtəlif sahələrdən mütəxəssis baytarlar tərəfindən davam etdirilən bədbəxt qar bəbiri 2 aydır davam edən həyat mübarizəsini itirib. Ayananın ölüm səbəbi Covid-19-dan sonra görülən ağırlaşmalardan biri olan ürək və tənəffüs çatışmazlığı olaraq açıqlanıb. Zoopark rəsmiləri bəbirin Covid-19 virusunu insanlardan tutduğuna inanırlar