Dünyaca məşhur ulduz İstanbulda konsert verəcək

26 Yanvar 2022 19:13 (UTC+04:00)

Dünyaca məşhur pop sənətçisi Tom Odell 1 iyul cümə günü “Küçük Çiftlik Parkında” pərəstişkarları ilə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyədə əvvəlki konsertlərində biletləri həftələr əvvəl tükənən Tom Odell Avropa turnesi çərçivəsində “Epifoni” təşkilatı ilə İstanbulda pərəstişkarları ilə görüşəcək.