Şans peçenyəsindəki nömrələrlə 4 milyon dollar qazandı

26 Yanvar 2022 17:11 (UTC+04:00)

ABŞ-ın Şimali Karolina ştatında bir şəxs fal peçenyəsindəki nömrələrlə lotereyada iştirak edərək 4 milyon dollar qazanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “North Karolina Lottery"nin "tviter" hesabında yayımlanan elanda təqaüdçü çavuş Qabriel Fierronun “Mega Millions” mükafatını qazandığı və qələbəsini şampan şərabı alaraq qeyd etməyi planlaşdırdığı bildirilib.

60 yaşlı Fierro, “Mən adətən fal peçenyəsi ilə məşğul olmuram, amma sadəcə bunu sınamaq istədim” deyib. O, lotereya biletini onlayn olaraq 3 dollara almışdı, mümkün uduşun məbləğini ikiqat artırmaq üçün əlavə 1 dollar ödəməyi seçmişdi.