Peyvənd olunanların SAYI

26 Yanvar 2022 16:34 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə 30 563 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 740, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.