Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov

26 Yanvar 2022 15:38 (UTC+04:00)

Koronavirusa yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, bir neçə həftə ərzində "omikron” ştammı digər növlərə nisbətən daha çox yayılıb.

"Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir", - deyə o əlavə edib.