Gümrüdən 102-ci rus bazası çıxacaqmı? -POLİTOLOQ MÖVQE BİLDİRDİ

26 Yanvar 2022 15:43 (UTC+04:00)

"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, təbii ki, Rusiyanın Ermənistandakı hərbi fəaliyyətini də gündəmə gətirir". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "Məlum olduğu kimi Ermənistandakı 102-ci baza NATO-ya qarşıdır. Türkiyə də NATO üzvüdür. Təbii ki, indi baş nazir Nikol Paşinyan çalışır ki, ölkəsində Rusiya hərbi bazasının varlığına son qoysun. Amma düşünürəm ki, bu çətin bir prosesdir. Çünki Paşinyan hələ hakimiyyətdə güclü deyil. Sırf buna qarşı dəyişikliklər gedir. Paşinyanın hələ hakimiyyətini gücləndirməsi lazımdır.

İkincisi düşünmürəm ki, Rusiya Ermənistandan 102-ci bazasını çıxartsın. Çünki Türkiyə NATO üzvüdür. Geosiyasi məqamda Rusiya-Türkiyə əlaqələri pisləşə bilər. Rusiya çalışacaq ki,102-ci baza öz işini davam etdirsin. Çünki ortada 40 illik müqavilə var".