Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib

26 Yanvar 2022 14:38 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanı Milli Gün münasibətilə təbrik edib.

SİA xəbər verir ki, təbrik mətni XİN-in rəsmi "Twitter" hesabında yayımlanıb.

“Hindistan Respublikasının Milli Günü münasibətilə Hindistan hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli bayramın mübarək, Hindistan!”, - deyə qeyd edilib.