Mozambikdə qasırğa 15 nəfərin həyatına son qoyub

26 Yanvar 2022 14:45 (UTC+04:00)

Mozambikdə təsirli olan tropik qasırğa nəticəsində 15 nəfər ölüb. SİA xarici mətbuata istinadən bildirir ki, Afrika ölkəsi Mozambikin orta və şimal bölgələrində təsirli olan əsas tropik fırtına evlərə, məktəblərə, xəstəxanalara və iş yerlərinə ziyan vurub, elektrik dirəklərinin aşması nəticəsində bir çox bölgə qaranlığa qərq olub. Fırtınadan ən çox zərər çəkən Tete əyalətində 6 nəfər dağıntılar altında həyatını itirib. Ştatda Rovubve çayı üzərindəki körpü fırtına nəticəsində uçub.

Qeyd edək ki, fırtınanın ölkə daxilində təsirli olduğu bölgələrdə ölənlərin sayının 15-ə yüksəldiyi bildirilib.