Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir FOTO

26 Yanvar 2022 14:10 (UTC+04:00)

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.