Forumun əsas məqsədi problemlərin həlli yollarının müzakirə edilməsidir - İQTİSADÇI AÇIQLADI

26 Yanvar 2022 13:44 (UTC+04:00)

"Bildiyimiz kimi turizmin bir çox növləri var. Bunlardan biri də aqrar turizmdir. Bakıda keçiriləcək Aqrar-Turizm İnvestisiya Forumunun əsas məqsədi aqrar turizm fermelərinin, turizmlə məşğul olan sahibkarların problemlərinin və onların inkişafı istiqamətinin müzakirəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu forumda müxtəlif layihələr müzakirə olunacaq: "Bundan əlavə burada layihələrə, potensial investorların cəlb edilməsi məsələsinə də baxılacaq. İstənilən halda bu forum ölkədə aqrar turizmin inkişafı baxımından əhəmiyyətlidir.

Ümumi şəkildə forumda aqrar turizmlə məşğul olan sahibkarların həm problemləri dinlənəcək, həm də onların inkişafına kömək göstərilməsi imkanlarına baxılacaq. Azərbaycanda aqrar turizm təkcə Lənkəran-Atara bölgəsində yox, həmçinin bir çox bölgələrdə var. Əslində bu işlərin perspektivi barəsində fermerləri, sahibkarları həm dinləməyə, həm də onları maaarifləndirməyə ehtiyac var. Bu forumun əsas məqsədi bu kimi problemlərin və onların həlli yollarının müzakirə edilməsidir".

Arzu Qurbanzadə