Xəstəxananın hərəkəti geniş müzakirələrə səbəb olub

26 Yanvar 2022 12:50 (UTC+04:00)

ABŞ-da ürək transplantasiyası üçün prioritetlər siyahısında olan xəstə koronavirus peyvəndi olmadığı üçün bu siyahıdan çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanadan verilən açıqlamada xəstənin koronavirus peyvəndi olmadığı üçün əməliyyatdan sonra sağ qalma şansının aşağı olduğu bildirilib. Xəstəxananın bu qərarı geniş müzakirələrə səbəb olub.