Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

26 Yanvar 2022 12:21 (UTC+04:00)

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.