Taksi duracaqlarında başqa avtomobil saxlayanlar CƏRİMƏLƏNƏCƏK

26 Yanvar 2022 11:47 (UTC+04:00)

Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.

SİA-nın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində qeyd edilib.

Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.