Ermənistanda 2 minə yaxın insanda koronavirus aşkarlanıb

26 Yanvar 2022 11:25 (UTC+04:00)

Ermənistanda son sutkada daha 1 931 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 355 662-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 8 033-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 525 nəfərdir. İndiyədək 334 696 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 408 aktiv koronavirus xəstəsi var.