Bəxtiyar Əsgərov rəsmi tədbirdə iştirak edib - FOTO

26 Yanvar 2022 10:43 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan və İran İslam Respublikasının Yol və Şəhərsalma naziri cənab Rüstəm Qaseminin rəhbərlik etdiyi İran nümayəndə heyətlərinin Bakıda keçirilən görüşündə iştirak edib. SİA xəbər verir ki, görüş zamanı Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən Naxçıvana və geriyə hərəkət edən avtodaşıyıcılar üçün vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub.