Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb

26 Yanvar 2022 09:50 (UTC+04:00)

Lənkəranda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərdən birindən 3750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.