Maykl Ceksonun bacısına dediyi sözlər ifşa olundu

26 Yanvar 2022 09:21 (UTC+04:00)

Maykl Ceksonun bacısı Canet Cekson böyük qardaşının çəkisinə görə uşaq ikən onunla lağ edib, ona sataşıb, psixologiyasını pozduğunu söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ müğənnisi Canet Cekson böyük qardaşı Maykl Ceksonun çəkisinə görə onu təhqir etdiyini və uşaqlıqda ona “donuz” dediyini açıqlayıb.

Debüt albomunun 40-cı ildönümü ilə əlaqədar yanvarın 31-də Britaniyanın “Sky” kanalında efirə gedəcək özünəməxsus sənədli filmdə danışan Cekson “Mayklın mənimlə lağ etdiyi və nalayiq sözlər işlətdiyi vaxtlar olub. O mənə səslənəndə çox vaxt donuz, at və ya inək deyirdi. Mən bu sözlərə gülsəmdə amma sonra içimdə hardasa bu sözlər məni incidirdi” deyə bildirib. Birinin onun çox kök olduğunu deməsinin onun psixologiyasına təsir etdiyini bildirən Cekson Maykl Ceksonun ələ salmasının onu incitdiyini etiraf edib. Karyerası boyunca dəfələrlə aldığı çəki ilə gündəmə gələn Cekson çox yemək yeyən olduğunu və stress zamanı yemək yeməyin onu rahatladığını bildirib.