Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb

26 Yanvar 2022 06:19 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron yanvarın 28-i Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq niyyətində olduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, E.Makron bunu Almaniya kansleri Olaf Şolts ilə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, o, V.Putinlə aktual problemləri müzakirə etmək niyyətindədir.

"Bu, mövcud vəziyyəti müzakirə etmək, daha aydın təsəvvür əldə etmək üçün lazımdır", - deyə Fransa prezidenti bildirib.