"Mançester Siti" hücumçu ilə razılaşdı

26 Yanvar 2022 01:12 (UTC+04:00)

"Mançester Siti" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, "şəhərlilər" "River Pleyt"in oyunçusu Xulian Alvareslə razılaşıb. Klub 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. Premyer Liqa təmsilçisi futbolçuya görə qarşı tərəfə 18,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Alvares bu mövsüm 20 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib.