Yalova 2021-ci ildə nə qədər turist qarşılayıb?

25 Yanvar 2022 22:06 (UTC+04:00)

Türkiyәnin müalicəvi turizm mәrkәzlәrindәn biri olan Yalova 2021-ci ildə 500 min turistә ev sahibliyi edib.

SİA-nın əldə etdiyi məlumata görə, Yalova sanatoriyası yerli vә xarici turistlәrin diqqәt mәrkәzindәdir. Şəhərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlaşdırılmış 5 min çarpayılıq 17 obyekt ilə bələdiyyə tәrәfindәn sertifikatlaşdırılmış müəssisələr hər il turistlərin üz tutduqları yerlər sırasındadır.

Roma, Bizans və Osmanlı İmperiyası dövründәn müalicəvi mineral suları ilə cəlbedici olan Yalova şәhәri 2021-ci ildә 500 min turistә ev sahibliyi edib.

Mәlumata görә, keçәn il şәhәrә ABŞ, Almaniya, İran, İordaniya, Rusiya, Portuqaliya, İsveçrə, Şri-Lanka və Yunanıstandan tәxminәn 120 min turist gәlib.