Rada deputatları təxliyə edilib ETİRAZÇILARA GÖRƏ

25 Yanvar 2022 20:04 (UTC+04:00)

Ali Rada parlament binası yaxınlığında ukraynalı sahibkarların etirazına görə boşaldılıb. SİA xəbər verir ki, bu barədə "Ukrayna.ru" portalı yazır.

Tədbirin təşkilatçısı "saveFOP" hərəkatı olub və tələbi məcburi kassa aparatlarının tətbiqi ilə bağlı qanunun təxirə salınması, karantin tədbirlərinin yüngülləşdirilməsidir.

Etirazçılar Radanın binasına soxulmaq qərarına gəliblər, lakin buna nail ola bilməyiblər, çünki bütün qapılar hüquq-mühafizə orqanları tərəfindən bağlanıb.

Portalın məlumatına görə, binanın içərisində olan bütün deputatlar yeraltı keçid vasitəsilə təxliyə edilib. Parlamentdə yalnız jurnalistlər və polis əməkdaşları qalıb.