8 nəfər və bir körpə dünyasını dəyişdi

25 Yanvar 2022 17:25 (UTC+04:00)

Kamerunda futbol stadionunda baş verən izdiham özü ilə birlikdə faciəli hadisələri də gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku matçı öncəsi baş verən izdihamda 8 nəfərin həyatını itirdiyi, ölənlər arasında bir körpənin də olduğu öyrənilib.