Yolda qalanlara 2 min avro ödəniləcək

25 Yanvar 2022 17:23 (UTC+04:00)

Yunanıstanda yağan güclü qar səbəbindən minlərlə avtomobil magistral yolda qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yunanıstanlı nazir Kristos Stilyanidis verdiyi açıqlamada, “Dünən gecə mülki müdafiə, polis, silahlı qüvvələr, yanğınsöndürənlər və könüllülərin səyləri ilə Attiki şossesində qapalı qalan insanları tədricən xilas etdik” deyib. Xilasedicilərin gecə saatlarında qapalı qalanlara su, yemək və ədyal payladığını bildirən Stilyanidis, “Bu gün də köməksiz vəziyyətdə qalan bütün sürücüləri və vətəndaşları xilas etmək üçün bu səylər davam edir” deyib.