"Omikron"un xüsusi peyvəndi sınaqdan keçirilir

25 Yanvar 2022 17:16 (UTC+04:00)

Almaniyada yerləşən "Pfizer-BioNTech" şirkəti 55 yaşa qədər yetkinlərdə "Omikron"un spesifik vaksinin təhlükəsizliyini və immun effektivliyini yoxlamaq üçün klinik sınaqlara başladığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Pfizer" və "BioNTech"-in son dəqiqə bəyanatına görə, "Omikron" variantını hədəf alacaq peyvənd klassik peyvənd kimi 2 doza olacaq. Bununla belə, peyvəndin peyvənd olunmamış şəxslərə 3 dozada vurulması planlaşdırılıb. Bundan əlavə, "Omikron" 3-6 il əvvəl "BioNTech" peyvəndinin 3-cü dozasını almış insanlarda 4-cü doza olaraq sınaqdan keçiriləcək.

Peyvəndin sınaqları üçün 1400 nəfərin könüllü olduğunu bildirən şirkət, müvəffəqiyyətli olmağı ümid etdiklərini bildirib.