Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub

25 Yanvar 2022 14:01 (UTC+04:00)

İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub. Bunu ETSN-in mətbuat katibi İradə İbrahimova SİA-ya bildirib.

O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.