İstanbul hava limanı sabah da bağlı qalacaq - THY

25 Yanvar 2022 13:05 (UTC+04:00)

Güclü qar səbəbindən fəaliyyəti dayandırılan İstanbul hava limanı yanvarın 26-sı saat 00:00-dək bağlı qalacaq.

“Türk Hava Yolları”ndan (THY) SİA-ya verilən məlumata görə, aviaşirkətin Bakıya TK334-335 reysi də təxirə salınıb.

Qeyd edək ki, İstanbul hava limanının bağlanması 24, 25 yanvar tarixlərində AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı reyslərinin də gecikməsinə səbəb olub.